Yalan


Həyat çox qəddardır... Artıq onu yaşamaq istəmirəm... Bezmişəm... Bütün dünya yalan, nifrət və acgözlülük üzərində qurulub. Hər şey bitəcək... Dözə bilmirəm... Mənim həyatımda nifrət və acgözlülük olmasa da, yalan var... Nə qədər qaçsam da, hər yerdə özümü görürəm... yalan görürəm... Axı nə üçündür bunlar hamısı? Xoşbəxtlik üçün? Bəlkə mənfəət üçün?...
Yox... Bunlardan heç biri deyil... Yalan yalnız özüm üçündür... Məni sıxan da elə budur... Çünki qorxuram... həyatdan... dünyadan... ətrafdakılardan... dostlarımdan... Qorxuram anlanılmamaqdan... tək qalmaqdan... dostlarımı itirməkdən...
Amma bəzən düşünürəm... Ailəm, tanışlarım və ən əsası iki dostum həmişə yanımdadırlar... Buna baxmayaraq, mən özümü tənha hiss edirəm... Bəlkə də bütün bunlar bircə yalan üzündəndir?!...
Yalan söyləməsəm də, özümü yalan göstərirəm... Bəlkə bu heç yalan da deyil... bəlkə bu bir sirrdir... Heç kəsə söyləmədiyim, gizlətdiyim bir sirr... qorxduğum bir sirr...
İndi əlacsız qalmışam... Bilmirəm nə edim?!... Bir tək onu bilirəm ki, bu sirri ürəyimdə uzun zaman saxlaya bilməyəcəyəm... çünki artıq o da buna dözə bilmir...

Geri qayit

Ba$ səhifə

Webmaster

Mənə yazin



Hosted by uCoz
Xeyallar sizin geleceyinizdir...