|
Energetika fakültəsi
Energetika sahəsində mütəxəssislərin hazırlanmasına 1921-ci ildə Energetika fakültəsində başlanmışdır.
Fakültənin yaranması və inkişafında, elmi kadların və ali təhsilli mütəxəssislərin hazırlaşmasında, təşkilatçılıq, yaradıcılıq, təşəbbüskarlıq göstərmiş görkəmli alim və
pedaqoqlardan, professorlar Axundov A.A., Əfəndizadə A.E., Quluzadə K.N., Spirin A.A., Məmmədov E.M., Pokrovski A.V., Huseynov F.H., Makinski İ.Z., Orucəliyev E.C. və başqalarını göstərmək olar.
Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə prof. Axundov A.A., prof. Yelyaşev Z.B., prof. Baskutis P.A., prof. Plyuş B.M., prof. Məmmədov E.M., prof. Rüstəmzadə P.B., prof. Quluzadə K.N., dos. Salamzadə M.M., dos. Sadıqov İ.A., dos. Əbdürrəhmanov Q.A., prof. Atakişiyev T.S., prof. Abdullayev K.M., prof. Quliyev E.M., prof. Əlizadə P.H., prof. Fərhadzadə E.M., icra etmişlər. Hal-hazırda dos. Əsgərov C.S. fakültənin dekanıdır.
Yarandığı gündən indiyədək fakültədə 40 minə yaxın mütəxəssis, o cümlədən, 650 bakalavr, 43 magistr hazırlanmışdır.
|
|