|
Azərbaycan Dövlət Neft Akademiyası
10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır.
1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfər azərbaycanlı idi.
1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat–memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin «Bakıda politexnik institutunun yaradılması haqqda» dekreti elan edildi.
12 dekabr 1920-ci ildə Xalq Maarif Komisarlığı tərəfindən institutun açılması barədə dekreti verilir. Dekretdə Bakı Politexnik institunun yaradılması ilə bağlı Bakı politexnikumun bağlanması və müəllimlərin öz vəzifələrindən azad edilməsi qeyd olunur, hazırlıq işlərinin başa çatması və institutda tədris ilinin 01 yanvar 1921-ci ildə başlanması göstərilirdi.
Professor N.A.Dubrovskiy 1 sentyabr 1921-ci ilədək ilk rektor təyin olunmuşdur.
Fəaliyyətə başlanmasını bəyan edən ilk zəng 2 yanvar 1921-ci ildə saat 9.30-da vurulmuş və mühəndis S.Vəkilov institutun tarixində ilk dəfə olaraq ali riyaziyyatdan mühazirə oxumuşdur.
Hal-hazirda bakalavr və magistr pillələrində 24 istiqamət üzrə mütəxəssis hazırlığı aparılır. Mütəxəssis hazırlığında 7 əsas fakültə, 63 kafedra, 18 elmi tədqiqat laboratoriyası, 2 elmi-tədqiqat və «Sənaye müəssisələri işçilərinin ixtisasının artırılması və yenidən hazırlama» institutları fəaliyyət göstərir.
ADNA-da (1921-1922) illərdə N.D.Dubrovski, (1922-1928) - I.Q.Yesman; (1928-1929) - M.V.Barinov, (1929-1932) - A.A.Niki$in, (1932-1933) -A.M.Çedalayev, (1933-1934) - S.P.,Kiselyov, (1934-1938) - I.S.Axundzadə, (1939-1941) - M.M.Əliyev. (1941-1960) - S.B.Qocayev, (1960-1969) və (1978-1989) - I.Ə.Ibrahimov, (1969-1978) - K.N.Quluzadə, (1989-1992) - T.M.Əliyev, (1993-1997) - P.Z.Məmmədov rektor olmuşlar. Iyun 1997-ci ildən ADNA-nın rektoru S.F.Qarayevdir.
ADNA-da informasiya-hesablama, nəşr mərkəzi və kafedralarda onun çoxsaylı filialları fəaliyyət göstərir. Bu qurumun işi kompüter texnologiyalarının tədrisə, elmi-tədqiqat və nəşr işlərinə tətbiqi ilə əlaqədardır.
İnstitutda ildə 4 sayda "Elmi əsərlər" məcmuəsi, 1999-cu ildən etibarən "Azərbaycan ali texniki məktəblərinin xəbərləri" elmi-texniki jurnalı, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər nəşr olunur. Bu işlər institutun mətbəəsində görülür.
Əsaslı kitabxana 1920-ci ildə Bakı texniki məktəbinin kitabxanasının əsasında təşkil edilmişdir. Kitabxana yaradılarkən 6500 nüsxə çap məhsulundan ibarət fondu və əsasən akademik heyətdən ibarət olan 300 oxucusu var idi. Hazırda kitabxananın fondu 857000 çap məhsulundan ibarət olub 6600 oxucusu vardır.
1925-ci ildən etibarən kitabxananın fondu Azərbaycan, rus dillərində ədəbiyyatla yanaşı xarici dildə ədəbiyyatla komplektləşdirilir.
Əsaslı kitabxana oxuculara differensial şəkildə olaraq 7 abonement və 2 oxu zalı vasitəsilə xidmət göstərir.
ADNA umumi sahəsi 52420 kv.m olan 4 tədris laboratoriya korpusuna, 7 korpuslu tələbə yataqxanasına, bağlı üzmə hovuzu, əl oyunları üçün idman zalı və atıcı tiri özündə cəmləyən idman kompleksinə, yeməkxana, kitabxana, poliklinika, Nabranda istirahət zonasına malikdir.
|
|