|
Nabran...
Səhər erkəndən qalxib hazirla$maga ba$ladiq... saat 11-12 radələrində Qusari tərk etdik. Oncə Qusarin mərkəzinə gəldik, oradan isə avtobusla uz tutduq Xacmaza...
Bir necə saat yol getdikdən sonra nəhayət dəniz gorunməyə ba$ladi... Sahil boyu uzanan duz yol və ətrafinda saysiz-hesabsiz restoranlar, otellər, disko-klublar və kafelər...
Hələ gunorta idi... daha dogrusu ax$ama dogru irəliləyirdi saatlar... Buna gorə də nə sahildə, nə restoran və kafelərdə, nə də ki diskotekalarda insanlar gorunmurdulər...
Ax$am saat 8 idi... kucələrdə yava$-yava$ canlanma gorunurdu. Hava qaraldiginda isə Nabran tamam dəyi$di... goz qama$diran i$iqlar, dənizin səsilə qari$an cilgin musiqi və $ənlənən gənclər...
Hava yenicə qaralmaga ba$ladigindan əyləncə mərkəzlərində hələ coxluq gorunmurdu... Biz də bunu nəzərə alib oncə dəniz kənarina enib, sahil boyu gəzintiyə cixdiq... Sahildə bir qədər gəzdikdən, təmiz dəniz havasi qəbul etdikdən sonra hamimiz diskoya uz tutduq... əylənmək umidilə...
Cilgin, gur musiqi, qulagi kar edən basslar və rəngarəng i$iq effektləri insani daha da co$dururdu... treklər isə bir-birindən gozəl və ritmli idi... Gecənin bir vədəsinə kimi dans meydanini tərk etmədik... arada bir caxan ildirim və goy gurultusu gecəni daha da effektli və maraqli edirdi.
Yorulub, taqətdən du$ənə qədər oynadiqdan sonra evə, mulayim və qonaqpərvər Maya xanimin evinə qayitdiq... gecəni yatib, səhər yola du$mək ucun... Avtobus isə saat 12-də dayanacaqdan yola du$məli idi.
Gecə cox co$gun kecdiyi kimi bir o qədər də yorucu oldu... amma buna baxmayaraq, saat 8-də artiq hamimiz oyaq idik. Cantalarimizi toplayib, tam hazir olduqdan sonra Nabranda olan son saatlarimizin kefini cixarmaq ucun dəniz kənarina endik... Sahil boyu gəzdikcə biz artiq dərk edirdik ki, həqiqətən də cox az bir vaxt qalib... Nabrandaki son saatlarimizi yadda$lara həkk etmək ucun bir sira $əkillər cəkdik... dənizdə, sahilində, hətta ucmu$ korpudə belə...
Inaniram ki, bu hisslər təkcə mənim hisslərim deyil... yəqin ki, butun bu deyilənlərə digərləri qo$ulur... Elmir, Elnur, Emin, Ilkin, Səxavət, Vusal, Yunus... Cunki, bu tətilimizi biz ilk dəfə idi ki, Bakidan kənarda birgə kecirirdik.
Bir $eyi də əminliklə deyə bilərəm ki, 513 addimlamaga davam edəcək... Qar$isinda necə maneələr dursa belə...
|
|